Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin rəhbərlik etdiyi Rusiya Liberal Demokratik Partiyası Ukraynanın beş prezidentinə qarşı cinayət işinin açılmasını tələb edib.
Oxu.Az Modern.az-a istinadən bildirir ki, LDPR-in Rusiya Dövlət Dumasındakı deputat qrupu bununla bağlı rəsmi açıqlama yayıb.
“Ukraynada baş verənlər beş prezident - Kravçuk, Kuçma, Yuşşenko, Yanukoviç və Poroşenkonun cinayətkar fəaliyyətinin nəticəsidir. Onların hərəkətləri məhkəmə təhqiqatının aparılmasını və ədalətli cəza verilməsini tələb edir” - deyə bəyanatda bildirilir.
LDPR-çi deputatlar Rusiya və Ukrayna sakinlərinin bu beş prezidentə sərt hökm çıxaracağına əmin olduqlarını bildiriblər.