“Miss Eurovision” gözəllik müsabiqəsinə həsr olunmuş yarımfinal və final öncəsi üçün açılış konserti keçirilib.
“High Life Fashion & Model Academy”nin baş direktoru və “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin təşkilatçısı Aqil Məmiyevin sözlərinə görə, bütün müsabiqələrdə olduğu kimi, bu, “Eurovision” gözəllik müsabiqəsi iştirakçıları üçün nəzərdə tutulmuş yarımfinal və final öncəsi açılış partisidir.
“Tədbirin məqsədi gözəllərimizin və təşkilati komitəmizin əyləncəsi üçün nəzərdə tutulub. Açılış konsertimizdə Türkiyənin nüfuzlu holdinqlərindən biri olan, eyni zamanda Avropadan “Eurovision” gözəllik yarışmasının patentini alan Renessans Group şirkətinin prezidenti Ayhan İşıklı, eyni zamanda Gürcüstanın məşhur rep qrupu olan “Nikki Slow” qonağımız oldu.
Qonaqlarımız arasında Türkiyənin Kanal D və CNN televiziyasının əməkdaşı Ali, “Nargis Magazine”nin art direktoru Vüqar Hüseynov, “High Life Fashion & Model Academy”-nin prezidenti Mübariz Allahverdizadə, həmin şirkətin modellər üzrə direktoru Eldar Qulamov, “Venera” model agentliyinin prezidenti Samira Rəsulova, “Eurovision” gözəllik yarışmasının patentini alan Renessan Group şirkətinin ölkəmizdəki təmsilçisi Turan İşıklı, əməkdar aktrisa Hüsniyyə Mürvətova, aparıcılar Tural Ozan, Şəhriyar Əbilov, Samir Bayramlı, müğənnilər Aysel Əlizadə, Elnar Xəlilov, Seyran Bayramov, Vüqar Muradov, Afaq Aslan, Gürcüstanın məşhur “Nikki Slow” qrupu, Əşrəf Dərya, “Dostlar qrupu” və başqaları iştirak edirdilər.
Təşkilatçı müsahibəsində onu da qeyd etdi ki, yarımfinal iyun ayının 6-da keçiriləcək, sürpriz qonağımız isə Türkiyənin sevilən müğənnilərindən Rafet El Roman olacaq.