Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Jozep Borrelldən xəbərdarlıq: "Avropa İttifaqı Gürcüstana qapısını bağlaya bilər"
"Əgər ölkə hakimiyyəti öz siyasətini davam etdirərsə, Avropa İttifaqı Gürcüstana qapısını bağlayacaq".
Bu sözləri Avropa İttifaqı (Aİ) diplomatiya rəhbəri Jozep Borrell Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl müsahibəsində deyib.
"Gürcüstan xalqı üçün Aİ-yə yol açıqdır. Lakin hökumət gördüyü işləri davam etdirərsə, bu yol bağlanacaq... Bu gün Aİ ölkələri hansısa konkret qərarlar qəbul etmir, söhbət vəziyyətlə bağlı müzakirələrdən və mümkün tədbirlərdən gedir", - deyə o, bildirib.
Jozep Borrell həmçinin maliyyə dəstəyi və yüksək səviyyəli təmasların məhdudlaşdırılmasını da istisna etməyib və vurğulayıb ki, bu tədbirlər əhalini təsir altına almamalıdır.
Xatırladaq ki, Avropa İttifaqı Gürcüstanda qəbul edilən "Xarici təsirin şəffaflığı haqqında" qanundan, həmçinin LGBT təbliğatına qarşı düzəlişlərdən narazıdır.
Mənbə: "Sputnik" Gürcüstan
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- "Haber Global": "Serbiyada yeni hökumət quruldu, insanlar küçələrə çıxdılar"
- Süni intellekt köməkçiləri Avropa Komissiyasının qadağasına məruz qalıb
- Tramp Zelenskiyə görə Avropa İttifaqına qəzəblənib
- Prinsipial mövqe və qətiyyət: Azərbaycan Şimali Kiprə bir daha dəstək verdi
- Kallasın Kiyevə 40 milyard avro ayırmaq planı dəstək qazanmayıb