Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dağıstanda terror aktında ölənlərin sayı artdı
Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində törədilən terror aktında ölənlərin sayı artıb.
Ölənlərin sayı 20 nəfərə çatıb ki, onlardan 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Məlumata görə, 32-si hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla, ümumilikdə 44 nəfər xəsarət alıb.
Mənbə: "112" "Telegram"
Dağıstan Respublikasının(Rusiya Federasiyası) Mahaçqala və Dərbənd şəhərlərində antiterror əməliyyatı başa çatıb.
Bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Bildirilib ki, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükələrin aradan qaldırılması ilə əlaqədar antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib.
İyunun 23-də Dağıstanda baş verən terror aktları zamanı 15-dən çox polis əməkdaşı həlak olub.
Bu barədə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bildirib.
Onun sözlərinə görə, Mahaçqala və Dərbənddə həlak olan və zərər çəkənlərin ailələrinə maddi yardım göstəriləcək. Həmçinin, Dağıstanda üç günlük matəm elan edilib.
Dərbənddə (Dağıstan, Rusiya) antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb.
Bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.
"Dərbənd şəhərində antiterror əməliyyatının aktiv mərhələsi başa çatıb. Əməliyyat zamanı iki yaraqlı məhv edilib", - məlumatda deyilir.
Qeyd edək ki, silahlı hücumdan sonra ölənlərin sayı 10-a çatıb.
Bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin 8-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır,
25 nəfərin isə yaralandığı qeyd olunub.
Mənbə: interfax-russia.ru
23.06.2024, 23:33
Dağıstanın (Rusiya) Serqokalinski rayonunun rəhbəri Maqomed Omarov saxlanılıb.
Bu barədə təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat verilir.
Bundan əvvəl mediada onun iki oğlunun Mahaçqaladakı hücumda iştirak etdiyi barədə məlumat yayılmışdı. İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı həlak olanlar məhz Osman və Adil Omarovlardır. Bundan sonra rayon rəhbərinin istefa verdiyi qeyd olunub.
Daha əvvəl mənbəyə istinadən xəbər verilmişdi ki, Dərbənddə iki pravoslav kilsəsi və sinaqoqa hücum edən, həmçinin Mahaçqalada yol polisi postunu atəşə tutan silahlıların beynəlxalq terror təşkilatı ilə əlaqəsi ola bilər.
Həmçinin mənbələrin bildirdiyinə görə, Mahaçqaladakı kilsədə girov götürülməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Onların sözlərinə görə, şəhərdə təhlükəsizlik qüvvələrinin işi davam edir. Dağıstanın Daxili İşlər Nazirliyi 19 nəfərin öz təhlükəsizliyi üçün kilsəyə girdiyini bildirib.
Eyni zamanda, hücumu zamanı keşiş Nikolay Kotelnikovun da öldürüldüyü bildirilir. Həmçinin kilsə mühafizəçisi də qətlə yetirilib.
Bu barədə Dağıstan İctimai Palatasının üzvü Şamil Xadulayev məlumat verib.
Milli Antiterror Komitəsi (MTK) Dağıstanda baş verən hücumlar nəticəsində bir keşişin öldürüldüyünü təsdiqləyib.
"Mənə çatan məlumata görə, Nikolay ata Dərbənddə kilsədə öldürülüb, boğazı kəsilib. Onun 66 yaşı var idi və çox xəstə idi", - deyə Xadulayev yazıb. "Digər keşişlər kilsədə kömək gözləyirlər", - o əlavə edib.
Qeyd edək ki, "Caliber"in məlumatına görə, Dərbənd kilsəsinin mərhum keşişi, protoiyerey Nikolay Kotelnikov bir neçə il Bakı yeparxiyasının ruhanisi olub.
"Bakıda bu keşişi yaxşı tanıyırdılar və sevirdilər. Dağıstanın dini icmalarına və bütün çoxmillətli xalqına dərin hüznlə başsağlığı verirəm", - arximandrit Aleksi sosial şəbəkə hesabında yazıb.
Qərbi Avropa Patriarxlıq Eksarxlığının kliriki arximandrit Aleksi də əvvəllər Bakı və Azərbaycan yeparxiyasının katibi vəzifəsində çalışıb.
Mənbə: iz.ru, RBC
23:04
Dərbənddə iki terrorçunun barrikada qurduğu yaşayış binasına hücum davam edir.
Sakinlər təxliyə edilib, şəhərdə hərbi texnika hərəkət edir, helikopterlər uçur.
İlkin məlumata görə, yaraqlıların beynəlxalq terror təşkilatına mənsub olduqları bildirilir.
Terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 25 nəfər isə xəsarət alıb.
Mənbə: "Mash" "Telegram" kanalı
21:48
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində ölənlərin sayı 6-ya, xəsarət alanların sayı isə 23 nəfərə çatıb. Ölənlərin polis əməkdaşları olduqları bildirilir.
Mahaçqalada pravoslav kilsəsində 40 nəfər girov kimi saxlanılır.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Bundan başqa Dağıstanın Dərbənd şəhərində bütün kütləvi tədbirlər ləğv edilib.
Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb ki, atəş açan iki silahlı məhv edilib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Mənbə: "112" "Telegram" kanalı
20:24
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, üç polis əməkdaşı həlak olub, altı nəfər isə yaralanıb.
Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00 - red.) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir", - məlumatda vurğulanıb.
Sinaqoqda yanğın baş verib. Yanğının söndürülməsi üçün işlər görülür.
Mahaçqala və Dərbənddə giriş-çıxış məntəqələri mühasirəyə alınıb.
Mənbə: "Mash" "Telegram" kanalı
"Dağıstanda silahlı hücum" teqi üzrə xəbərlər
- Dağıstan rəhbəri terror aktından danışdı: "Hücuma yaxşı hazırlaşıblar"
- Dağıstanda terror aktları törədən dəstənin başçısının kimliyi məlum oldu
- Mahaçqalada atəş səslərinin eşidilməsi ilə bağlı rəsmi açıqlama
- KİV: "Dağıstanda keşişi öldürmək əvvəldən planlaşdırılıb"
- Dağıstanlı senator hücuma məruz qalan sinaqoq və kilsəni bərpa edəcək