Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
KİV: "Dağıstanda keşişi öldürmək əvvəldən planlaşdırılıb"
Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində dini obyektlərə hücum edən silahlıların hədəfləri kortəbii seçilməyib, quldurlar əvvəlcədən keşiş Nikolay Kotelnikovu öldürmək niyyətində olublar.
Bu barədə "İzvestiya" nəşrinə istintaqın gedişatı ilə tanış olan mənbə məlumat verib.
Mənbə bildirib ki, likvidasiya edilmiş silahlılardan müsadirə edilən smartfonlardakı yazışmalara əsasən bu qənaətə gəlmək olar. Elə bu məlumatlardan da belə nəticə çıxarmaq olar ki, hücum bir ay ərzində əvvəldən hazırlanıb.
Xatırladaq ki, iyunun 23-də Mahaçqala və Dərbənddə iki pravoslav kilsəsinə, sinaqoqa və yol-patrul xidmətinin postuna silahlı hücumlar həyata keçirilib. Hadisə ilə bağlı "Terrorizm" maddəsi üzrə cinayət işi açılıb və respublikada antiterror əməliyyatı rejimi tətbiq edilib.
Terror aktında 15-dən çox polis həyatını itirib. Antiterror əməliyyatı zamanı ikisi Dərbənddə, üçü isə Mahaçqalada olmaqla beş silahlı zərərsizləşdirilib.
Rəylər