Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə necə tanış olduğunu açıqlayıb.
Bu barədə R.Kadırov “Instagram” hesabında canlı yayım zamanı bildirib.
O, Rusiya prezidenti ilə ilk dəfə 2000-ci ildə görüşdüyünü söyləyib. R.Kadırov qeyd edib ki, o zaman onları atası Əhməd Kadırov tanış edib.
“Böyük ölkənin böyük prezidenti ilə ilk tanışlıq Soçidə baş tutmuşdu”, - deyə R.Kadırov vurğulayıb.