Çeçenistanın rəhbəri Ramzan Kadırov ərəb və müsəlman ölkələrinin liderlərini Parisdə baş verən terror aktları ilə əlaqədar terrorçulara qarşı səylərini birləşdirməyə çağırıb.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
“İndi Parisdə baş verənlərin ardında İblis dövlətinin durduğuna heç kim şübhə etmir”, - Kadırov İnstagram-da yazıb.
Onun sözlərinə görə, “beynəlmiləl terror” İŞİD-in tərkibində dünyanın bütün ölkələrindən on minlərlə yaraqlı hazırlanıb.
Kadırov hesab edir ki, terrorizm məğlub olmasa, dünyda xaos yaranacaq və belə məkrli hadisələrin sonu olmayacaq.
E.Ə.
www.oxu.az