Çeçenistan rəhbəri Ramzan Kadırov və Timati Rusiya istehsalı olan YotaPhone-nun xeyrinə iPhone-dan imtina ediblər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kadırov İnstaqram səhifəsində yazıb.
“Əziz dostlar! Mən öncə yazmışdım ki, iPhone-dan imtina etmək niyyətindəyəm. Bu zamanlar mən YotaPhone-dan istifadəni öyrənirdim. Bu gün dostum Timati gəldi və mən ona hədiyyə etdim. Bu gündən etibarən biz yalnız YotaPhone istifadə edəcəyik. O istifadədə rahatdır və gözəl dizayna malikdir, ən əsası isə bu, Rusiya məhsuludur”, - Kadırov yazıb.
Öncə yayılmış məlumata əsasən, teleaparıcı Tina Kandelaki Kadırova YotaPhone smartfonu hədiyyə edib. O zaman Kadırov rusları Amerika istehsalı olan sosial şəbəkə və smartfonlardan imtina etməyə çağırmışdı.
www.oxu.az