Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı
ABŞ-nin Kaliforniya ştatının hökuməti Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə və onların nəticələrinin aradan qaldırılması üçün 2.5 milyard dollardan çox vəsait ayırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ştatın qubernatoru Qevin Nyusom "X" hesabında məlumat verib.
"Mən Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə aparmaq və bərpa işlərinə başlamaq üçün 2.5 milyard dollardan çox vəsait ayrılmasına dair iki sərəncam imzaladım", - deyə o paylaşımda bildirib.
Qeyd edək ki, yanğın 12300-dən çox tikilini, o cümlədən də məşhurların mülklərini məhv edib. Son məlumatlara görə, yanğınlar nəticəsində 28 nəfər ölüb. Los-Anceles dairəsində baş verən yanğınların vurduğu iqtisadi ziyan isə 250 milyard dolları ötüb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-nin ən hündür insanı vəfat etdi
- Ağ Ev: "BƏƏ ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar yatıracaq"
- ABŞ Rusiyaya qarşı sanksiyalara nəzarət prosesinə biganə yanaşmağa başlayıb
- KİV: "ABŞ prezidenti və müdafiə naziri təcili bəyanat verəcəklər"
- Transgender ABŞ-də universitetin pulunun kəsilməsinə bais oldu