Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kaliforniya yanğınları Sürix Sığorta şirkətinə 200 milyon dollara başa gələcək
İsveçrənin "Zurich Insurance Group" sığorta şirkəti ABŞ-nin Kaliforniya ştatında baş verən meşə yanğınlarından zərərçəkənlərə vergilər çıxılmadan 200 milyon dollar ödəməli olacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətin hesabatında məlumat verilib.
Bildirilir ki, bu yanğınlar "Zurich Insurance" şirkətinə vergilər çıxılmadan 200 milyon dollara başa gələcək. Pulun böyük hissəsi fermer təsərrüfatlarına və digər sahələrdəki sahibkarlara ödəniləcək.
"Zurich Insurance"ın iştirak etdiyi fermer sığorta birjası isə kənd təsərrüfatına dəyən zərəri vergilər çıxılmadan 600 milyon dollar qiymətləndirir.
Bundan əvvəl digər sığorta şirkətləri də yanğınlar səbəbindən itkilərini açıqlamışdı: "Travelers" (1.7 milyard dollar), "Chubb" (1.5 milyard dollar), "Allstate" (1.1 milyard dollar) və "American International Group" (500 milyon dollar).
Meşə yanğınları Los-Anceles dairəsində yanvarın 7-də başlayıb. Meteoroloqlar bildirir ki, yanğınların tez yayılmasının səbəbi quru və güclü küləkli hava olub. Yanğınlar 16 min hektardan çox ərazini əhatə edib. Hadisə nəticəsində 29 nəfər ölüb, 12.3 mindən çox bina, o cümlədən Hunter Biden, Paris Hilton və Mel Gibsonun evləri yanıb külə dönüb.
"Kaliforniyada meşə yanğınları" teqi üzrə xəbərlər
- Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı
- Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı artdı
- Donald Tramp: "Los-Ancelesə sanki "bomba düşüb"
- Kaliforniya meşə yanğınları: Külli miqdarda vəsait ayrıldı
- Los-Ancelesdə yeni yanğınlar: Hər 2-3 saniyədə futbol meydançası ölçüsündə sahə məhv olur