Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kaliforniyada böyük yanğın: Hansı səbəblərdən baş verib?
ABŞ-nin Los-Anceles şəhərində böyük yanğın təkrar alovlanma səbəbindən baş vermiş ola bilər, ilkin alovlanma isə ehtimal ki, Yeni il gecəsində istifadə edilən fişənglərdən qaynaqlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Washington Post" qəzetində dərc edilən yazıda bildirilib.
Qəzetin məlumatına görə, təhlillər göstərib ki, ikinci yanğın əvvəlkindən bir qədər aralıda başlayıb. Bu da Yeni il ərəfəsində başlayan yanğının küləkli hava səbəbindən yenidən alovlandığı ehtimalını artırır.
Qeyd edək ki, yanvarın 1-nə keçən gecə Sakit Okean-Poliseyds bölgəsində baş verən yanğın təxminən 4 saat ərzində söndürülüb və onun qarşısı alındıqdan sonra Los-Anceles dairəsinin yanğınsöndürmə xidməti ikinci yanğınla mübarizə üçün tədbirlər görəcəyini bəyan edib.
Nəşr bir məqama diqqət çəkib ki, kadr çatışmazlığı və digər insidentlərə cavab vermək zərurəti ilə əlaqədar olaraq, yanğınsöndürənlər çox vaxt söndürülmüş yanğının yenidən alovlanıb-alovlanmadığına nəzarət etməkdə çətinlik çəkirlər.
Yanğının dəqiq səbəbi hələlik müəyyən edilməyib. Yerli sakinlərin fikrincə, ilkin yanğın atəşfəşanlıq üçün istifadə olunan fişənglər səbəbindən baş verib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin Kaliforniya ştatında qırılan naqilin yanğına səbəb ola biləcəyi ilə bağlı da xəbərlər yayılmışdı.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi
- ABŞ NATO-dan çıxacaq?
- Kaliforniya meşə yanğınlarında ölənlərin sayı artıb
- "Meta" şirkəti "Bərabərlik, müxtəliflik və inklüzivlik" proqramının icrasını dayandırır
- Tramp andiçmə gününədək 100-dən çox fərman hazırlayır
Rəylər