ABŞ-nin Kaliforniya ştatında Kalaveras dairəsinin Nəzarət Şurasına namizəd Bryus Cudiçi vəfatından iki aydan çox vaxt keçdikdən sonra seçkidə qalib gəlib.
Oxu.Az xəbər verir ki, "KCRA 3" telekanalının və seçki komissiyasının məlumatına görə, avqustun 31-də vəfat edən Cudiçi səslərin 56,99 faizini toplayaraq rəqibi Klayd Kleppi qabaqlayıb.
Cudiçi seçki kampaniyası çərçivəsində seçicilərlə görüşərkən evlərdən birinə yaxınlaşdığı zaman yamacdan yıxılaraq həyatını itirib. Onun ölümündən sonra seçki qərargahı namizədliyini geri götürməmək qərarına gəlib.

Ştatın qanunvericiliyinə görə, vəfat etmiş namizəd seçkidə qalib gəldikdə, həmin vəzifəyə yeni şəxs seçilənədək qubernator müvəqqəti əvəzləyici təyin edə bilər.