Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kaliforniyada partlayış: Terror aktı kimi qiymətləndirildi
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının Palm-Sprinqs şəhərində reproduktiv tibb klinikasının yaxınlığında bomba yüklü avtomobilin partladılmasını terror aktı kimi təsnif edib.
Bu barədə Oxu.Az TASS-a istinadla xəbər verir.
FTB-nin Los-Aneceles şöbəsinin rəhbərinin köməkçisi Akil Devisin sözlərinə görə, təhqiqat çərçivəsində bunun beynəlxalq, yoxsa daxili terrorizm olduğu müəyyənləşdiriləcək.
FTB-nin versiyasına görə, terror aktının məqsədi tibb müəssisəsi olub. A.Devis cinayəti törətməkdə şübhəli bilinən şəxsin adını açıqlamaqdan imtina edərək, bunu təhqiqata mane olacağı ilə izah edib.
ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində avtomobilin partlaması nəticəsində azı bir nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.
Mənbənin məlumatına görə, partlayış səhər saatlarında "Desert Regional Hospital" xəstəxanasının yaxınlığında baş verib.
Partlayış gücü nəticəsində yaxınlıqdakı bir çox binanın pəncərələri uçub və digər strukturlara ziyan dəyib.
ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalının yerli bölməsi məlumat verib.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir. Hər hansı itki barədə hələlik məlumat yoxdur.
NBC telekanalının yerli filialının məlumatına görə, tibb mərkəzinin yaxınlığında avtomobilin partladığı iddia edilir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ və Avropa İttifaqı Xameneiyə əvəz axtarırlar
- Cey Di Vens: "Tramp İranın nüvə proqramını dayandırmaq üçün zəruri olan hər şeyi edəcək"
- Keçmiş Pentaqon rəhbəri: "İrana hücum ABŞ-ni regional müharibəyə sürükləyəcək"
- Tramp Çinin İrana kömək etməyəcəyini bildirib
- ABŞ Fars körfəzi istiqamətinə iki hərbi nəqliyyat təyyarəsi göndərib