"Hörmüz boğazının İran tərəfindən bağlanması böyük təhlükəyə səbəb olacaq, ona görə də Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin XİN rəhbərləri münaqişənin diplomatik yolla həlli imkanlarını müzakirə edəcəklər".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas quruma üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.
"Aİ xarici işlər nazirləri diqqətlərini diplomatik həll yoluna yönəldiblər. Onlar xüsusilə eskalasiya təhlükəsindən narahatdırlar, bunun nəticələri böyük ola bilər, xüsusən də İran tərəfindən Hörmüz boğazının bağlanması böyük təhlükə yaradır və heç kim üçün yaxşı olmayacaq", - deyə o bildirib.