Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kallas Ukraynanın üzvlüyünə veto qoyulması barədə: "Avropa İttifaqının B və C planları var"
"Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı Macarıstanın vetosu aradan qalxmayacağı təqdirdə, Aİ-nin hərəkət planı var".
Oxu.Az "Eurointegration" nəşrinə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Lvovda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ-də Ukraynanın üzvlüyünə ikitərəfli məsələlərin mane olmaması ilə bağlı qəti mövqe var.
"Vetonun aradan qalxmayacağı təqdirdə bizim B və C planlarımız var. Amma əsas diqqətimiz A planına yönəlib. Məqsəd bütün üzvlərin dəstəyini almaqdır", - deyə Kallas bildirib.
O əlavə edib ki, Aİ Macarıstanla vetonun qaldırılması istiqamətində dialoq aparır.
"Əgər kompromis əldə olunmasa, Avropa İttifaqı hərəkətə keçməyə hazırdır" - Aİ rəsmisi əlavə edib.
"Kaya Kallas" teqi üzrə xəbərlər
- Azərbaycan geosiyasi MƏRKƏZDİR: Hamı "yanmış körpülər"in bərpasına çalışır - "Kaspi"nin TƏHLİLİ
- Bədxahların təşvişi - Azərbaycanın doğru yolunun göstəricisi
- Avropa İttifaqının Azərbaycana minatəmizləmə sahəsindəki dəstəyi davam edəcək
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını Kaya Kallasın diqqətinə çatdırdı
- XİN başçısı: "Ötən il Bakı-Tbilisi-Qarsın ötürücülüyü bir milyon tondan beş milyona çatdırılıb"