Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kallasın Kiyevə 40 milyard avro ayırmaq planı dəstək qazanmayıb
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynaya 40 milyard avro məbləğində yeni maliyyə yardımı tranşının ayrılması ideyasından imtina etmək məcburiyyətində qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Público" məlumat verib.
Məlumata görə, Kallas Avropa İttifaqındakı (Aİ) əsas müttəfiqlərinin dəstəyini ala bilməyib. Qeyd olunur ki, Fransa, İspaniya və İtaliya təklif olunan təşəbbüsə qarşı çıxıb.
Əvvəlcə Kallas Ukraynaya 40 milyard avro dəyərində hərbi yardım planının qəbul edilməsini təklif edib ki, bu da Aİ ölkələri tərəfindən onların iqtisadiyyatlarının ölçüsünə uyğun olaraq ayrılmalıdır. Tezliklə o, təklifinin başqa bir variantının müzakirəyə çıxarılacağını etiraf edib: Ukraynanı bütün növ sursatlarla təmin etmək üçün beş milyard avroluq yardım. Ancaq Brüsseldə keçirilən Aİ sammitindən sonra Kallasın planı təsdiqlənməyib.
"Kaya Kallas" teqi üzrə xəbərlər
- Avropa İttifaqının Azərbaycana minatəmizləmə sahəsindəki dəstəyi davam edəcək
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını Kaya Kallasın diqqətinə çatdırdı
- XİN başçısı: "Ötən il Bakı-Tbilisi-Qarsın ötürücülüyü bir milyon tondan beş milyona çatdırılıb"
- Ceyhun Bayramov: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır"
- Prezident İlham Əliyev Kaya Kallası qəbul edib