Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda güclü külək əsir, bəzi rayonlara qar yağır
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a bildirilib ki, aprelin 16-sı saat 00:00-a olan məlumata əsasən, hazırda bir sıra bölgələr normadan artıq yağıntı düşür.
Belə ki, düşən yağıntının miqdarı Qubada 50 mm (aylıq normanın 105%-i), Qusarda 31 mm (aylıq normanın 65%-i), Beyləqanda 30 mm (aylıq normanın 98%-i), Ağdamda 27 mm (aylıq normanın 55%-i), Lerikdə 26 mm (aylıq normanın 36%-i), Xocalıda 25 mm (aylıq normanın 35%-i), Zərdabda 24 mm (aylıq normanın 77%-i), Oğuzda 24 mm (aylıq normanın 25%-i), Füzulidə 20 mm(aylıq normanın 37%-i), Göyçayda 20 mm (aylıq normanın 103%-i), Xaltanda 19 mm (aylıq normanın 28%-i), Şəkidə 19 mm (aylıq normanın 21%-i), Balakəndə 19 mm (aylıq normanın 19%-i), Kürdəmirdə 18 mm (aylıq normanın 52%-i), Ağstafada 18 mm (aylıq normanın 48%-i), Tərtərdə 17 mm (aylıq normanın 70%-i), Yevlaxda 17 mm (aylıq normanın 51%-i), Mingəçevirdə 17 mm (aylıq normanın 50%-i), Qəbələdə 17 mm (aylıq normanın 17%-i), Yardımlıda 16 mm (aylıq normanın 26%-i), Sabirabadda 15 mm (aylıq normanın 50%-i), Naftalanda 15 mm (aylıq normanın 48%-i), Bərdədə 15 mm (aylıq normanın 62%-i), Şabranda 14 mm (aylıq normanın 48%-i), Qaxda 13 mm (aylıq normanın 19%-i), Gəncədə 12 mm (aylıq normanın 39%-i), Altıağacda 12 mm (aylıq normanın 17%-i), İsmayıllıda 11 mm (aylıq normanın 11%-i), İmişlidə 10 mm (aylıq normanın 34%-i), Şamaxıda 10 mm (aylıq normanın 15%-i), Zaqatala, Naxçıvan, Şəmkir, Qobustan, Lənkəran, Göygöl, Cəlilabad, Tovuz, Biləsuvar, Ceyrançöl, Daşkəsən, Astara, Gədəbəy, Zəngilanda 2-9 mm-dir.
Dağlıq ərazilərdə - Şahdağ, Kəlbəcər, Şuşa, Laçında isə qar yağır.
Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-yə çatır.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a bildirilib ki, aprelin 15-i saat 21:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxır, Lerik, Balakən, İsmayıllı, İmişli, Cəlilabad, Lənkəran, Sabirabad, Zaqatala, Xocalı, Kəlbəcər, Zəngilan, Şuşa, Yardımlı, Daşkəsən, Gədəbəy, Culfa, Göygöl, Şəmkir, Ceyrançöl, Şabran, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Biləsuvar və Neftçalada intensiv yağış, Tovuz, Oğuz, Qax, Xaltan, Göyçay, Gəncə, Quba, Qusar, Şəki, Laçın, Ağdam, Naftalan və Füzulidə isə leysan xarakterli yağış yağır.
Şahdağda arabir qar yağması müşahidə olunur.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s-yə çatır.
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 16:00-a olan məlumatında bildirilib.
Məlumata əsasən, düşən yağıntının miqdarı Beyləqanda 26 mm (aylıq normanın 85%-i), Füzulidə 24 mm (aylıq normanın 44%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Qubada 20 mm (aylıq normanın 42%-i), Göyçayda 19 mm (aylıq normanın 39%-i), Kürdəmirdə 17 mm (aylıq normanın 49%-i), Oğuzda 16 mm, Ağstafada 15 mm (aylıq normanın 40%-i), Tovuzda 14 mm (aylıq normanın 37%-i), Sabirabadda 14 mm (aylıq normanın 44%-i), Şabranda 13 mm (aylıq normanın 45%-i), Xaltanda 17 mm (aylıq normanın 25%-i), Gəncədə 10 mm (aylıq normanın 32%-i), Şahdağda 10 mm, İsmayıllıda 8 mm, Lənkəranda 7 mm, Ağdam, Cəlilabadda 6 mm, Zaqatalada 5 mm, Daşkəsən, Neftçalada 2 mm-dir.
Naxçıvan MR, Xocalı, Göygöl, Şəmkir, Şəki, Balakən, Qax, Qobustan, Qusar, Tərtər, Bərdə, Yevlax, İmişli, Hacıqabul, Biləsuvar, Mingəçevir və Yardımlıda da leysan xarakterli yağış müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək (aylıq normanın 33%-i) təşkil edir.
Dağlıq ərazilərdə-Lerik, Qrız, Şahdağ, Kəlbəcər, Şuşa və Laçında isə qar yağır.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb. Dənizdə dalğanın hündürlüyü 2.4 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvanda, eyni zamanda Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcəyədək isti qeydə alınıb.
Aprelin 15-də saat 10:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Beyləqanda 23 mm (aylıq normanın 75%-i), Ağdamda 19 mm (aylıq normanın 39%-i), Zərdab, Göyçay, Quba və Lerikdə 18 mm (aylıq normanın 25-58%-i), Xaltanda 17 mm (aylıq normanın 24%-i), Kürdəmir və Yardımlıda 16 mm (aylıq normanın 26-46%-i) Oğuzda 14 mm (aylıq normanın 14%-i), Sabirabad, Yevlax və Qəbələdə 12 mm (aylıq normanın 12-44%-i), Şuşa, Ağsu, İsmayıllı və Şamaxıda 10 mm (aylıq normanın 10-15%-i), Xaçmaz və Tərtərdə 9 mm (aylıq normanın 26-30%-i), Altıağac, Şabran və İmişlidə 8 mm (aylıq normanın 11-27%-i), Şəki, Tovuz və Mingəçevirdə 7 mm (aylıq normanın 8-21%-i), Qobustan, Goranboy, Şahbuz, Qəbələ, Naftalan və Lənkəranda 6 mm, Bərdə, Gəncə, Göygöl, Gədəbəy, Şəmkir, Daşkəsən, Astara, Biləsuvar, Qax, Zaqatala və Balakəndə 5 mm-dir.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 6 mm-dir, bu da aylıq normanın 26%-ni təşkil edir.
Dağlıq ərazilərə qar yağır, qar örtüyünün hündürlüyü Xınalıqda 20, Qrızda (Quba) 16, Şahdağda 12, Kəlbəcərdə 5, Qusar və Laçında 4, Qubadlıda 3 sm-dir.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şamaxıda 16, Qobustanda 18, Şahbuzda 19, Şahdağda 20, Culfada 24, Bakıda və Abşeron yarımadasında 27 m/s-yə çatır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 11, Naxçıvan MR-də 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.
"Xınalıq" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında həlak olan ekipaj heyəti və sərnişinlərin xatirəsi əbədiləşdirilib
- Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
- Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
- Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 22 sm-ə çatıb - FAKTİKİ HAVA
- Bakıda külək güclənib, bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA