Rusiyanın Kamçatka bölgəsində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb. Seysmik hadisə regionun paytaxtında hiss olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə saat 11:10-da Petropavlovsk-Kamçatskidən 154 kilometr məsafədə baş verib. Zəlzələnin episentri 22.3 km dərinlikdə yerləşib. İlkin məlumatlara görə, regionun paytaxtında təkanın intensivliyi 3 bal qiymətləndirilib.
Bildirilir ki, Bakı vaxtı ilə saat 11:19-da 5 ballıq daha bir zəlzələ Petropavlovsk-Kamçatskidən 149 km məsafədə 21.4 km dərinlikdə qeydə alınıb.
Rusiyanın Kamçatka bölgəsində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Zəlzələ bu gün Bakı vaxtı ilə 07:55-də Petropavlovsk-Kamçatskidən 397 km aralıda baş verib.
Təbiət hadisəsinin episentri 42.5 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.