Rusiyanın Kamçatka bölgəsində 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Seysmik hadisə Petropavlovsk-Kamçatsk şəhərindən 165 kilometr aralıda olub. Yeraltı təkanların ocağı 17 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, dünən Kamçatka bölgəsinin akvatoriyasında maqnitudası 3.7-6.9 arasında dəyişən bir neçə zəlzələ qeydə alınmışdı.
Qaynar xətt:
(055) 224 12 12