Kamçatka diyarında 5.3 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskdan 171 km aralıda baş verib. Zəlzələnin ocağı 771 km dərinlikdə yerləşib.
Xatırladaq ki, bir qədər əvvəl Petropavlovsk-Kamçatskdan 123 km aralıda 5 maqnitudalı zəlzələ baş vermişdi.
Rusiya Federasiyasının Kamçatka diyarında 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.
Xidmətin məlumatına görə, zəlzələ Petropavlovsk-Kamçatskdan 123 km aralıda baş verib.
Yeraltı təkanların episentri 45.6 km dərinlikdə yerləşib.