Rusiyanın Kamçatka bölgəsində 5.7 bal gücündə daha bir zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ Moskva vaxtı ilə saat 9:28-də (Bakı vaxtı ilə 10:28-də - red. ) Petropavlovsk-Kamçatskidən 154 km aralıda baş verib.
Zəlzələnin ocağı 16.9 km dərinlikdə yerləşib.
Bölgənin mərkəzində zəlzələnin gücü Rixter şkalası üzrə 3.0 bal gücündə qiymətləndirilib.
Rusiyanın Kamçatka bölgəsində gün ərzində ikinci güclü zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Moskva vaxtı ilə saat 7:45-də (Bakı vaxtı ilə 8:45 - red. ) Petropavlovsk-Kamçatskidən 158 kilometr aralıda baş verən zəlzələ 6.3 bal gücündə olub.
Təbiət hadisəsinin ocağı 38.2 kilometr dərinlikdə yerləşib.
Regionun mərkəzində zəlzələnin gücü Rixter şkalası üzrə 4.0 bal gücündə qiymətləndirilib.
Rusiyanın Kamçatka bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 168 km aralıda baş verib.
Yeraltı təkanların episentri 50.4 km dərinlikdə yerləşib.
Qeyd edək ki, ötən gün də Kamçatka bölgəsində 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.