Kanada polad idxalına 50 faiz vergi tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kanada hökumətinin bəyanatında deyilir.
Bildirilib ki, vergi rəsmi Ottava ilə azad ticarət razılaşması olmayan ölkələrdən idxal edilən polada tətbiq ediləcək.
Qeyd olunub ki, bu, müəyyən edilmiş normadan artıq idxala aiddir.
2.6 milyon ton səviyyəsində müəyyən edilmiş kvotalar əlavə vergiyə gətirib çıxaracaq.
Vergi tətbiqinə iyunun 27-də başlanılıb.