Kanada polisi Vankuver şəhərində festival iştirakçılarının üzərinə avtomobilin sürülməsinin terror aktı olması versiyasını ilkin olaraq təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb:
"Hazırda əminik ki, sözügedən insident terror aktı olmayıb".
Bildirilir ki, yolsuzluq avtomobilini izdihamın üzərinə sürən 30 yaşlı sürücü saxlanılıb. Hadisə nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb, altı nəfər xəsarət alıb.
Kanadanın Vankuver şəhərində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində azı səkkiz nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Global News" telekanalı mənbəyə istinadən məlumat paylaşıb.
Mənbə bildirib ki, ölənlərdən biri uşaqdır, azı altı nəfər isə xəsarət alıb.
Kanadanın Vankuver şəhərində avtomobilin küçə festivalındakı izdihamın üzərinə sürülməsi nəticəsində bir neçə nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Vankuver polisi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Hadisə yerli axşam saatlarında baş verib. Qeyd olunur ki, sürücünün yolsuzluq avtomobilini festivaldakı insanların üzərinə sürüb, çoxsaylı xəsarət alanların da olduğu deyilir. Sürücü daha sonra polis tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanları insidentin səbəbləri və saxlanılmış sürücünün mümkün motivləri barədə məlumat vermir.
Festival iştirakçılarının çoxunun Filippindən olduğu bildirilir.