Kanadanın Manitoba əyalətində kiçik təyyarə qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CTV telekanalı məlumat verib.
Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə Meykpis gölü yaxınlığında baş verib. Təyyarə qalıqlarının axtarışı üçün helikopter cəlb edilib.
Polisin məlumatına görə, yalnız pilot sağ qalıb və o, ağır yaralanıb. Sərnişinlər həlak olublar.
Hadisə ilə bağlı araşdırma aparılır.