Kanadalı bloqer Sickick spinnerin yardımı ilə pop-kompozisiya yazıb və ifa edib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, çarx Sickickin “Youtube” kanalında yerləşdirilib.
110 mindən çox baxış olan videoda spinner musiqili açıqcanın daxilindəki elementlərlə birləşdirib, oyuncağı fırladır və musiqi yazır. Alınan motivə sintezatoru da əlavə edərək oxumağa başlayır.
İstifadəçilər şərhlərdə “Müasir nəslin kreativ artistlərindən biri” yazıblar.
S.S.
www.oxu.az