ABŞ-nin Cənub Komandanlığı (SOUTHCOM) ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcı zərbə qrupunun Karib dənizinə daxil olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat SOUTHCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.
Məlumata görə, söhbət "USS Nimitz" aviadaşıyıcısından və onun rəhbərlik etdiyi zərbə qrupundan gedir. Komandanlıq paylaşımında bu qrupun dünyanın müxtəlif regionlarında öz döyüş qabiliyyətini sübut etdiyini xüsusi vurğulayıb.
Paylaşımda "USS Nimitz" aviadaşıyıcı zərbə qrupu, Karib dənizinə xoş gəldin!" ifadələrinə yer verilib.
Qeyd edək ki, bu hərbi gedişatdan əvvəl Kuba hökuməti ABŞ-nin ölkənin keçmiş prezidenti Raul Kastroya qarşı irəli sürdüyü ittihamları "təxribat xarakterli və rüsvayçı siyasi addım" adlandırmışdı.