ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən sürətli katerə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticədə dörd nəfər həyatını itirib.
"Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik maddələrin qaçaqmalçılığında fəal iştirak etdiyini göstərirdi", - deyə komandanlıqdan qeyd olunub.
Məlumata görə, 2025-ci ilin payızında başlayan hücumlardan bu yana narkotacirlər tərəfindən istifadə edildiyi ehtimal olunan qayıqlara ABŞ ordusunun endirdiyi zərbələr nəticəsində 230-dan çox insan həlak olub.