Avstraliyanın katolik kilsəsi rahiblər tərəfindən seksual təcavüzə məruz qalanlara Kral komissiyasının 2013-cü ildə başlamış istintaqın nəticələrinə görə 213 milyon dollar məbləğində təzminat ödəyib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Pullar minlərlə qurban arasında bölünəcək. Təzminat 1980-ci ildən 2015-ci ilə qədər 3066 təcavüz hadisəsi üzrə ödənib.
Komissiyanın hüquqşünası Geyl Fernessin sözlərinə görə, qurbanların çoxu bu və ya digər səbəblərdən hadisənin harada baş verdiyini deyə bilmirlər.
“Müvafiq olaraq Avstraliyada katolik kilsənin müəssisələrində uşaqlara qarşı zorakılıq hallarının sayı daxil olan şikayətlərdən daha çox ola bilər”, - Ferness qeyd edib.
İstintaq zamanı oğlanlardan biri rahib-müəllimin ona elə sinifdə, başqa şagirdlərə üzünü çevirmələrini əmr edərək təcavüz etdiyini bildirib.
Kral komissiyasının məlumatına görə, avstraliyalı katolik rahibləri son 60 il ərzində yeniyetmələrə qarşı təcavüzdə iştirak ediblər.
N.O.
www.oxu.az