Yaponiyanın keçmiş baş naziri Yasuhiro Nakasone Tokioda 101 yaşında vəfat edib.
“RİA Novosti” xəbər verir ki, Nakasone baş nazir vəzifəsini icra etmiş yapon siyasətçilər arasında ikinci ən uzunömürlü şəxs olub.
Uzun ömür və karyerası ərzində Nakasone XX və XXI əsrin ən böyük dəyişikliklərinin şahidi olub. İkinci Dünya Müharibəsi zamanı donanmada xidmət aparan Nakasone daha sonra Daxili İşlər Nazirliyində işə başlayıb.
Müxtəlif vaxtlarda nəqliyyat, elm və müdafiə nazirliklərinə rəhbərlik edib. 1982-ci ildə Yaponiyanın Baş naziri olub.
Nakasone ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanla yaxın dost olması ilə tanınıb. Liderlər bir-birilərinə “Yasu” və “Ron” deyərək müraciət ediblər.
Rəylər