Şahzadə Keyt Middltonun dayısı Qeri Qoldsmit hersoginya Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib.
O, bu barədə jurnalistlərə verdiyi müsahibəsində danışıb.
Qeri Qoldsmit Meqan Marklı tənqid edərək onu “gülən qız” adlandırıb. O, Marklın Şahzadə Harri ilə evliliyinin uzunömürlülüyünü də şübhə altına alıb.
“Gəlin etiraf edək ki, “gülən qız” əbədi olaraq ortalıqda olmayacaq, elə deyilmi? Məncə, o, daimi deyil. Düşünürəm ki, o, Harriyə və ölkəmizə çox pis təsir edir” , - o bildirib.
Keyt Middltonun dayısı Meqan Marklın kral ailəsinin üzvlərini irqçi ifadələr işlətməkdə necə ittiham etdiyini də xatırladıb. Hersoqinya konkret olaraq heç kimin adını çəkməməsinə baxmayaraq, ictimaiyyət onun Keyt Middlton və Böyük Britaniya kralı III Çarlzdan danışdığını güman edir.
“Gülən qızın Keyti irqçi adlandırması fikri məni qəzəbləndirir. Keyt öz ailəsinin köklərini bilir və onlarla fəxr edir. Üzr istəyirəm, amma “gülən qız” yaxşı insan deyil", - Qoldsmit qeyd edib.
Bundan əlavə, Keyt Middltonun dayısı Meqan Markl və Şahzadə Harrini ABŞ-nin korporativ dollarını təqib etməkdə qınayıb.
Mənbə: The Sunday Times
Rəylər