Türkiyənin “ana müxalifət” partiyasının - CXP-nin lideri Kamal Kılıçdaroğlu növbəti dəfə AKP iqtidarını hədəf alıb.
Oxu.Az-ın xəbərinə görə, CXP lideri bu gün partiyasının TBMM-dəki qrup toplantısında çıxışı zamanı “əl müxalifəti” olmayacaqlarını iddia edib:
“Qovğa-filan istəmirik, amma gerçəkləri də ortaya qoyacağıq. Onları dilə gətirəcək olan bizlərik, bu vəzifə bizə düşür. Sadəcə, onlar danışacaq, biz heç səs çıxarmayacağıq, belə şey yoxdur. Onlar deyəcəklər ki, “nə gözəl müxalifət”, bəs, yanlışları kim dilə gətirəcək? Gerçəkləri dilə gətirmək mənim və partiyamın boynunun borcudur. Biz gerçəkləri hər yerdə dilə gətirəcəyik”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az