Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kim Çen In Koreya yarımadasının birləşdirilməsi ehtimalını şərh edib
“Artıq Koreya Respublikası ilə birləşməyi mümkün hesab etmirəm”.
Bunu Şimali Koreya lideri Kim Çen In deyib.
“İki Koreya ölkəsi arasında uzunmüddətli münasibətlərə nəzər salaraq, partiyamız belə qənaətə gəldi ki, “udma yolu ilə birləşmə” və “sistemin yeknəsəqliyi”ni dövlət edən Koreya Respublikası ilə birləşməyə nail olmaq heç vaxt mümkün olmayacaq. Bu bizim “Bir xalq, bir dövlət, iki sistem” prinsipi əsasında Vətəni birləşdirmək kursuna ziddir”, - deyə Kim Çen In bildirib.
O izah edib ki, reallıq Pxenyanı koreyalararası əlaqələrə öz yanaşmasını yenidən müəyyən etməyə məcbur edir. Baş katib qeyd edib ki, KXDR və Koreya Respublikası bir-biri üçün düşmən dövlətlərə çevriliblər, Cənubla bağlı siyasət bundan sonra təkcə oradakı soydaşlarının yaşaması faktına əsaslanmamalıdır.
Kim Çen In sözlərinə görə, Cənubi Koreya hakimiyyəti ABŞ-nin sadəcə müstəmləkə administrasiyasının əlaltılarıdır və onlarla birləşmə məsələlərini müzakirə etmək KXDR-in milli ləyaqətinə və statusuna uyğun gəlmir.
Mənbə: TASS
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreya Prezidenti Yun Sok Yol həbs edildi
- Koreyada təyyarə qəzası ilə bağlı yeni təfərrüat məlum olub
- Cənubi Koreyada prezidenti həbs etməyə qoymayan mühafizə xidmətinin rəhbəri istefa verdi
- Şimali Koreyadan yeni ildə ilk raket buraxılışı: ABŞ-yə hədə-qorxu gəlir?
- Polisə Cənubi Koreya prezidentini həbs etmək hüququ verildi
Rəylər