Koreya Xalq Demokratik Respublikasında (KXDR) müdafiə sahəsinin yüksək məmurlarından biri güllələnib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Cənubi Koreya kəşfiyyat xidmətinin məlumatına əsasən, KXDR-in silahlı qüvvələrinin rəhbəri Xen En Çol güllələnib.
Qeyd olunur ki, məmuru KXDR rəhbəri Kim Çen Inın rəhbərlik etdiyi müşavirədə yatdığı üçün güllələyiblər.
Naziri aprelin 30-da Pxenyanın hərbi məktəblərindən birində zenit silahından güllələyiblər.