Şimali Koreya lideri Kim Çen Inın şəxsi təyyarəsi Rusiyanın şəhəri Vladivostokda görünüb. Layner Pxenyandan havaya qalxdıqdan 3 saat sonra orada eniş edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Cənubi Koreyanın “Yenxap” agentliyi məlumat yayıb.
Təyyarədə Kim Çen Inın olub-olmaması ilə bağlı məlumat yoxdur.
Bildirilib ki, həmin təyyarədə Kim Çen Inın sentyabra planlaşdırılan səfərinə hazırlıq məqsədi ilə Şimali Koreyadan olan məmurlar da ola bilər.