Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kimyaçılar "qeyri-mümkün" quruluşlu molekullar yaratdılar
Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin tədqiqatçılar qrupu işıq vasitəsilə "qeyri-mümkün" quruluşlu molekullar yaradıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, araşdırmanın nəticələri "Chem" jurnalında dərc olunub.
Bildirilir ki, elm adamları fotokimyəvi reaksiyalar və özünüyığma prosesləri vasitəsilə maddədəki molekulların ultra-dəqiq uyğunlaşmasına nail olublar. Məsələ burasındadır ki, əldə edilən birləşmələrin həndəsəsi normal şəraitdə qeyri-mümkün hesab edilib.
"Biz göstərdik ki, sulu məhlula işıq enerjisi verməklə özünüyığma molekulyar reaksiyasının termodinamik minimuma çatmasının qarşısını almaq olar. Bu isə tarazlıqda müşahidə olunan maddə paylanmasına uyğun gəlmir", - deyə kəşfin müəllifləri qeyd ediblər.
Alimlərin sözlərinə görə, molekulların bu davranışı canlı orqanizmlərin bir çox funksiyalarının əsasını təşkil edir, lakin proseslərin mürəkkəbliyi səbəbindən süni sistemlərdə az öyrənilib.
Tədqiqatçılar bildiriblər ki, bu irəliləyiş molekul ölçüsündə mexaniki iş görə bilən qurğular olan nanomühərriklər də daxil olmaqla dinamik materialların sintezi və işlənməsi üçün yeni yollar açır.
Rəylər