Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cənubi Koreyada qəzaya uğrayan təyyarənin sərnişininin göndərdiyi son mesajlar
Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin qohumu mesencerdə yaxınına yazdığı son mesajları sosial şəbəkələrdə yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.
Sərnişin yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 04:00 - red.) "Qanada quş dəydi, yerə enə bilmirik" yazıb. Onun qohumu bunun nə vaxt baş verdiyini soruşub. "İndi. Görünür, son sözləri deməyin vaxtıdır", - sərnişin cavab verİB.
Bir daha ondan mesaj gəlməyib. Təyyarə saat 09:03 radələrində hasarla toqquşub.
"Jeju Air təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- "Jeju Air" təyyarəsinin qara qutularından birinin məlumatları əldə edilib
- Cənubi Koreyada təyyarə qəzasına faciəli amillərin toplusu səbəb olub
- Cənubi Koreyada bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək
- Muandakı təyyarə qəzası Cənubi Koreyada baş vermiş ən böyük aviafəlakət olub
- Cənubi Koreyada təyyarə qəzasında 179 nəfərin öldüyü təsdiqlənib
Ən çox oxunanlar
Rəylər