Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kirill Budanov: “Ukrayna Krımı kombinə edilmiş şəkildə qaytaracaq”
“Ukrayna müvəqqəti işğal edilmiş Krımı kombinə edilmiş şəkildə - hərbi güc və diplomatiya yolu ilə qaytaracaq”.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.
O, Qərb ölkələrində Krımın “qırmızı xətt” olması ilə bağlı səslənən çoxsaylı təşviş dolu fikirlərə də münasibət bildirib. Budanov qeyd edib ki, Ukrayna xalqının mövqeyini əks etdirməyən insanların fikirləri ona maraqlı deyil.
“Mən əks fikirdəyəm. Biz bütün itirilmiş əraziləri geri qaytaracağıq”, - deyə Kəşfiyyat İdarəsinin rəisi vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna 1991-ci il sərhədləri daxilində tanınan ölkədir. Bununla razılaşmayanlar isə İkinci Dünya müharibəsinin bitməsindən bəri mövcud olan dünya intizamı və BMT-nin əsasları ilə razılaşmamış hesab olunurlar.
“Krım kombinə edilmiş şəkildə - həm güc, həm də diplomatiya yolu ilə geri qaytarılacaq. Amma güc tətbiq edilmədən heç nə alınmayacaq. Hərbi bölmələrimiz oraya əllərində silahla daxil olacaqlar”, - deyə o fikrini yekunlaşdırıb.
Mənbə: Liga.net
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiya rəhbərləri Kir Starmerə müraciət ünvanlayıblar
- BMT-də Azərbaycanın mina problemi və minatəmizləmə fəaliyyəti ilə bağlı sərgi təşkil edilib
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
- BMT dünyanın ən xoşbəxt ölkəsinin adını açıqlayıb