ABŞ-nin miqrasiya polisi qanunsuz miqrantları saxlamaq üçün xüsusi mərkəzlər yaratmaq məqsədilə anbarlar əldə edir.
Oxu.Az xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti yayıb.
ABŞ hökuməti bu məqsədlə 23 şəhərdə binaları yenidən qurmağı planlaşdırır. Həmin müəssisələrdə ümumilikdə təxminən 80 000 nəfərə qədər insan yerləşdiriləcək.
Hər mərkəzdə 1 500-dən 10 000 nəfərə qədər şəxsin saxlanılması nəzərdə tutulur.