Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketini razılaşdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Danimarkanın Aİ Şurasındakı sədrliyinə istinadən məlumat yayıb.
Sədrlikdən rəsmi təsdiq barədə məlumat hələ təqdim edilməyib.
Qeyd olunur ki, sanksiyaların qüvvəyə minməsi üçün Aİ Şurası onları nazirlər səviyyəsində təsdiq etməlidir.