UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, üçüncü turun son oyun günündə doqquz qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü "Real Madrid" və "Yuventus" komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən matç İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Son zamanlar uğursuz nəticələr ilə yadda qalan "Liverpul" isə səfərdə "Ayntraxt Frankfurt"a aman verməyib - 1:5. "Monako" - "Tottenhem", "Atalanta" - "Slaviya Praqa" oyunlarında eyni hesab qeydə alınıb - 0:0.
"Sportinq" isə evdə "Marsel" üzərində minimal hesablıq qələbə qazanıb - 2:1.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Atletik Bilbao" - "Qarabağ" - 3:1
"Qalatasaray" - "Budyo/Qlimt" - 3:1;
"Bavariya" - "Brügge" - 4:0;
"Çelsi" - "Ayaks" - 5:1.