"Hücumda yaxşı oynamağımıza baxmayaraq, oyunu istədiyimiz kimi bitirə bilmədik".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Atletik Bilbao" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O vurğulayıb ki, "Qarabağ" futbolçuları sona qədər mübarizə aparıblar: "Biz uduzmaq istəmirdik və sona qədər mübarizə apardıq. Onlar dinamik oyun göstərirlər və yüksək sürətlə oynayırlar. "Atletik" 90 dəqiqə ərzində pressinq tətbiq edə bilir. Futbolçularımız "Benfika" ilə oyuna nisbətən daha çox təzyiq altında qaldılar. Hücumda yaxşı oynamağımıza baxmayaraq, oyunu istədiyimiz kimi bitirə bilmədik.
Bizim liqada belə güclü təzyiq yoxdur, İspaniya çempionatında isə onlar buna daha çox öyrəşiblər. "Atletik" ən sürətli hücum edən komandalarından biridir. Onlar səni səhvlərə məcbur edirlər", - deyə baş məşqçi bildirib.