Böyük Britaniya hökuməti Karib dənizindəki şübhəli gəmilər barədə kəşfiyyat məlumatlarının ABŞ-yə ötürülməsini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, London Venesuela sahillərində ABŞ hərbçilərinin fəaliyyətinə şərik olmaq istəmir və bu gəmilərə edilən hücumları qanunsuz hesab edir.
Məumata görə, Karib dənizində beş dənizaşırı əraziyə nəzarət edən Britaniya regiondakı kəşfiyyat bölməsi vasitəsilə illərlə ABŞ-yə narkotik daşıdığı ehtimal edilən gəmiləri aşkarlamaqda kömək edib. Bu məlumatlardan istifadə edərək, ABŞ Sahil Mühafizəsi şübhəli gəmiləri saxlaya, yoxlaya, narkotikləri müsadirə edə və ekipajı həbs edə bilirdi.
Xatırladaq ki, sentyabrdan bəri Prezident Donald Trampın əmri ilə ABŞ Venesuela sahillərində narkotik kartelləri ilə əlaqəli olan gəmilərə zərbələr endirir. Böyük Britaniya hökuməti 70-dən çox insanın öldürüldüyü hücumlar üçün onların kəşfiyyat məlumatlarından istifadə edilə biləcəyindən narahatlığını bildirib.