"Baku TV" Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi təyyarənin qəzaya uğradığı əraziyə - Siqnaxi bələdiyyəsinə gedib.
Bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə giriş-çıxışı məhdudlaşdırıblar. Bu, müvafiq qurumlar tərəfindən ərazidə aparılan istintaq prosesi ilə bağlıdır.
Qeyd olunub ki, Gürcüstanın daxili işlər naziri Gela Geladze də hadisə yerinə gəlib.
Hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin aidiyyəti strukturları, Fövqəladə Hallar Departamentinin texnikası, təcili tibbi yardım briqadaları və digər zəruri qurumların əməkdaşları qəza yerində fəaliyyət göstərirlər.
"Baku TV" Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi təyyarənin qəzaya uğradığı əraziyə gedib.
Məlumata görə, qəza baş verən bölgədə axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Daha ətraflı videomaterialda: