Böyük Britaniya Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən ABŞ-dən sonra Qətərdəki Əl-Udeyd aviabazasından hərbçilərini təxliyə etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, "iPaper" qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb
Qeyd edilib ki, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları Əl-Udeyd aviabazasında ABŞ hərbçiləri ilə birlikdə dislokasiya olunublar.
Daha əvvəl "Reuters" agentliyi məlumat vermişdi ki, Vaşinqton personalın bir hissəsinə Əl-Udeyd bazasını tərk etməyi tövsiyə edib.