Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

KİV: Brüsseldə Ursula fon der Lyayenin istefası gözlənilir
Avropa İttifaqı rəsmilərinin Avropa Komissiyası rəhbəri Ursula fon der Lyayenin istefasını getdikcə daha çox istədikləri bildirilir.
Oxu.Az xəbər verir ki, bu iddia ilə İsveçrənin "Die Weltwoche" jurnalı çıxış edib.
Məlumata görə, Brüssel Aİ Komissiyası sədrinin istefasının bir çox prosesləri dalandan çıxara biləcəyinə inanır.
Brüsselə görə, Aİ-dəki siyasi böhran fon der Lyayenin siyasi və diplomatik bacarıqsızlığının nəticəsidir. Qərbdə ABŞ ilə ticarət münaqişəsi, şərqdə Ukrayna münaqişəsi və Rusiya ilə münasibətlərin kəskinləşməsi, üstəlik Çin ilə ümidverici olmayan əlaqələr davam edir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən (20 yanvar 2025) sonra Aİ Komissiyasının sədri ilə görüşməyib.
"Ursula fon der Lyayen" teqi üzrə xəbərlər
- Fransada Avropa İttifaqının sənayesinin tezliklə məhv olacağı proqnozlaşdırılır
- Tramp Avropa İttifaqının Ukrayna ilə bağlı təklifini rədd etdi
- Londonda "Brexit"dən sonrakı ilk Britaniya-Avropa İttifaqı sammiti keçiriləcək
- Ursula fon der Lyayen: "Avropa İttifaqı "Şimal axını"na qarşı sanksiyalar hazırlayır"
- İlham Əliyevin Tiranada Antonio Koşta və Ursula fon der Lyayen ilə görüşü olub