Hələbdə bombardman nəticəsində, demək olar ki, bütün xəstəxanalar dağıdılıb. Həkimlər yaralıları və xəstələri evlərin zirzəmilərində əməliyyat edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə şəhərin dağıdılmış xəstəxanalarından birinin baş həkimi Həmzə Hatibin bəyanatına istinadən “Anadolu” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, xəstəxanalar dağıdılıb, Hələbin sakinləri isə Əsəd rejiminin qüvvələrinin zərbələrindən şəhərin rayonlarında gizlənirlər. “Ona görə də həlak olan və yaralanan şəhər sakinlərinin sayı artır”, - Hatib qeyd edib.
Hələb Suriyanın şimalında yerləşir, türk sərhədindən 40 km-də yerləşir. Şəhərin qərb hissəsinə Suriya prezidenti Bəşər Əsədin rejimi, şərq hissəsinə isə müxalifət dəstələri nəzarət edir.
N.O.
www.oxu.az