“İslam dövləti” (İŞİD) terror birləşməsinin rəhbəri Əbu Bəkr əl-Bağdadi ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə koalisiyanın endirdiyi aviazərbələr nəticəsində məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əl-Bağdadi iyunun 10-da Rakkaya endirilən aviazərbələr nəticəsində zərərsizləşdirilib. Bununla yanaşı, nəşr qeyd edir ki, başqa mənbələrin məlumatına görə, İŞİD-in rəhbəri İraqın Mosul şəhərində məhv edilib.
İyunun 10-da İraqın “Əs-Sumariya” telekanalı ölkənin Türkiyə ilə sərhədi ərazisində endirilən aviazərbələr nəticəsində əl-Bağdadi və onun yaxın çevrəsindən olan bir neçə adamın yaralandığı barədə məlumat yayıb.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bu məlumatı təsdiqləyə bilməyib.