"Tehran ABŞ ilə nüvə sazişinə razılıq verməsə, İsrail bazar günü, iyunun 15-də İranı vurmağa hazırdır".
Oxu.Az -ın "The Wall Street Journal" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin yüksəkvəzifəli məmuru bildirib.
Onun sözlərinə görə, hücum İranın nüvə silahı yaratmaq üçün istifadə oluna biləcək materialın istehsalını dayandırmağa razı olmadığı təqdirdə baş verə bilər.
İsrail yaxın günlərdə İrana hərbi zərbə endirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin fikrincə, qərar hələlik yekun olaraq qəbul edilməyib, lakin bu variant regionda gərginliyin artması fonunda fəal şəkildə müzakirə olunur.
Onlar ABŞ-nin mümkün hücumda birbaşa iştirak edib-etməyəcəyini dəqiqləşdirməyiblər. Lakin etiraf ediblər ki, Vaşinqton İsrailə logistik dəstək verə və zərbə zamanı istifadə oluna biləcək kəşfiyyat məlumatlarını paylaşa bilər.
"Politico" isə öz mənbələrinə istinadla yazır ki, İsrail nümayəndələri bu həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşməyi planlaşdırırlar. Bildirilir ki, görüşdə əsas müzakirə mövzusu İsrailin mümkün hücumu ola bilər.