Moskvada ASC “Qazprom”un İdarə heyətinin üzvü Nikolay Dubikin oğlu intihar edib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfax” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Miçurin prospektində evlərin birində 20 yaşlı oğlan ölü tapılıb. Sonradan məlum olub ki, gənc oğlan Dubikin oğludu. Mənbə qeyd edib ki, 20 yaşlı gənc intihar edib.
Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.