Avropa Oyunları davam edir. Əvvəlcə “Rossiya2” telekanalı yarışları yalnız gecə saatlarında göstərirdi, sonra isə kanalın rəhbərliyi Bakı turnirinə daha da diqqətlə yanaşmağa başladı və səhər, eləcə də günorta saatlarında birbaşa yayımlar meydana gəldi.
Oxu.Az xəbər verir ki, “Sport den za dnem” verilişinin müxbiri ÜRDTRŞ idman telekanallarının baş redaktorunun müavini Dmitri Anisimovdan İlk Avropa Oyunlarının reytinqi barədə məlumat alıb.
- Yarışlara tələbat var, insanlar baxır, - Anisimov söhbətə başlayıb. – Reytinqlər kanalda orta göstəricidən yüksəkdir. Hesab edirəm ki, birinci dəfə keçirilən yarışlar üçün auditoriya sanballıdır.
- İlk günlərdə Oyunları yalnız gecələr göstərirdilər, sonra daha rahat zamanda bağlantı oldu. Bu nə ilə əlaqədardır?
- Əvvəlcə bütün bunların necə təşkil olunduğuna baxmaq istəyirdik. Tam təsəvvür yarandıqdan sonra isə, yayım həcmini genişləndirməyi qərara aldıq.
- Hansı idman növləri daha populyardır?
- Daha çox səhər yayımları bədii gimnastika və sinxron üzgüçülük yaxşı baxılır. Axşam auditoriya digər kanallara bölünür, axşam doqquzdan reytinq azalır. Maraqlıdır ki, klassik güləş heç də pis göstəricilər nümayiş etdirmir.
- Bakıdan alınan təsvirdən razısınızmı?
- Orada bütün dünyadan mütəxəssislər toplanıb, ona görə də hər şey yüksək səviyyədədir.